
“Sabah” Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək
- 16:30
- 45
“Sabah”ın U-12 komandası beynəlxalq futbol turnirində iştirak edəcək.
Rekord.az xəbər verir ki, komandamız Türkiyənin Rize şəhərində təşkil olunacaq “Rize Cup” turnirində qüvvəsini sınayacaq.
Turnirdə “Sabah”la yanaşı, Türkiyədən “Başakşəhər”, “Fənərbağça”, “Qaziantep”, “Gənclərbirliyi”, “Rizəspor” və “Samsunspor”, həmçinin Gürcüstanın “Dinamo” (Batumi) komandaları da iştirak edəcək.
“Rize Cup” 29 may – 1 iyun tarixlərində keçiriləcək.