
“Sabah” Rusiyada keçirilən beynəlxalq turnirdə ikinci oldu
- 13:30
- 39
Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirinə yekun vurulub.
Rekord.az xəbər verir ki, "Sabah"ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın "Rubin" (Kazan) komandası ilə qarşılaşıb.
Matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv turniri ikinci pillədə başa vurub. “Sabah”ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.