“Fiorentina”nın futbolçusu Frank Riberinin Florensiyadakı evi qarət olunub.

Rekord.az xəbər verir ki, bu barədə “La Republica” nəşri məlumat yayıb.

Naməlum şəxslər Riberi evdə olmadığı zaman onun evinə giriblər. Futbolçuya dəyən zərərinin həcmi məlum deyil.

Fransalı yarımmüdafiəçi A Seriyasının 30-cu turu çərçivəsində baş tutan “Parma” – “Fiorentina” (1:2) matçından sonra evə qayıdarkən evinin qarət olunduğunu bilib.