
Region Liqasının qalibi müəyyənləşdi
- 22 May 2025 19:20
- 53
AFFA Region Liqasının qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan həlledici matçda “Şirvan” və “Xankəndi” komandaları üz-üzə gəliblər.
Qarşılaşma ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Xankəndi"nin heyətində Bayram Əliyev (16), Hüseyn Axundov (63) və Elariz Xəlilli (79) dəqiq zərbə müəllifi olub.
Bu nəticənin ardından qalib komanda yeni mövsümdən etibarən Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan “Şirvan” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Lerik” ilə pley-off matçına çıxacaq.
Daha əvvəl baş tutan üçüncü yer uğrunda matçda "Ağstafa Gəncləri" "Göyəzən" kollektivini 5:2 hesabı ilə məğlub edib.