"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola iki oyunluq cəzalandırılıb.


Rekord.az xəbər verir ki, buna səbəb onun mövsümdə 6-cı sarı vərəqəni alması olub.


Qvardiola İngiltərə kubokunun 1/8 finalında "Nyukasl"a qalib gəldikləri (3:1) görüşdə hakimə sərt şəkildə etiraz etdiyi üçün sarı vərəqə alıb və buna görə də cəzalı duruma düşüb. 


Qvardiolanın İngiltərə Premyer Liqasının 30-cu turunda "Vest Hem"lə oyunu və hələ püşkü atılmayan İngiltərə kubokunun 1/4 final matçını buraxması gözlənilir.