"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Barselona"nın düşərgəsinə yollanmaq istəyir.

Rekord.az xəbər verir ki, Qurbanov həm bir neçə gün orda qalıb Kataloniya klubunun məşqlərini izləmək, həm də komandanın baş məşqçisi Hans-Diter Fliklə görüşmək niyyətindədir.

Lakin səfərin nə zaman baş tutacağı hələlik məlum deyil. "Qarabağ"In sıx qrafiki hələ ki, Qurbanova İspaniyaya getmək imkanı vermir.