Mərakeş millisi DÇ-2026-da qrupdan çıxmağı hədəfləyir.


Rekord.az xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Məhəmməd Vəhbi mundialın qrup mərhələsində Şotlandiyaya qarşı keçirilən oyundan sonra deyib.


Mütəxəssis matçı belə şərh edib:


"Futbolçularımdan çox razıyam, nəticə ürəyimizcədir. Görüşdə erkən qol vurduq və matç sonuna qədər ciddi çıxış etdik, üstünlüyü rəqibə vermədik. Bu qələbə çox önəmli idi. İnanırıq ki, qrup mərhələsindən çıxacağıq".


Qeyd edək ki, Mərakeş millisi Şotlandiyanı 1:0 hesabı ilə məğlub edib.