“Qırmızı vərəqə planlarımızı pozdu” - İliç
- 21:46
- 40
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmalarını belə şərh edib:
“İlk növbədə "Zirə"ni təbrik edirəm. Kubok oyunları çətin keçir. Birinci hissədə yaxşı oynadıq, fasilədən sonra buraxılan səhvlər qolla nəticələndi. İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Amma Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu. Oyunçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar.
Fürsətlərimiz çox olmadı. "Zirə"nin də qol epizodu çox deyildi. İlk fürsətdəcə qol vurdular. Bu mövsüm onlarla 4 oyun keçirdik və hamısında bir-birimizə bərabər oyun göstərdik. "Zirə" keyfiyyətli komandadır.
Oyunçularla bağlı müzakirə etmək istəməzdim. Bəli, mövsümə yaxşı başlamışdıq. Müəyyən zamandan sonra eniş oldu. Qarşıda bizi oyunlar gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edək.
Nikola Ninkoviçdən gözləntilərimiz böyükdür. Bu gün də qırmızı vərəqə aldı. Ola bilər ki, psixoloji problemləri var, dəqiq deyə bilmərəm. Ona ümidlərimiz var, amma o hələ ki ümidlərimizi doğrultmur”.