Növbəti mövsümə hazırlaşan "Qəbələ"nin 5 legionerin yolunu gözləməsi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, əyalət təmsilçisi yerli futbolçu transfer etməyi düşünmür.

Çünki istədiyi futbolçuların maddi şərtlərini qarşılaya bilmir. Bunun əvəzində klubun öz akademiyasının yetirmələrinin xidmətindən istifadə olunacaq. Qalan boşluqlar isə ucuz legionerlər hesabına doldurulacaq.