Misli Premyer Liqasının 14-cü turundan təxirə salınmış "Qəbələ" - "Turan Tovuz" oyununun təyinatları açıqlanıb.


Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutacaq matçın baş hakimi Cavid Cəlilov olacaq.


Ona Kamran Bayramov və Müslüm Əliyev kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək.


VAR-da FIFA referisi Əliyar Ağayev, AVAR-da Zeynal Zeynalov əyləşəcək.


Qeyd edək ki, oyun bu gün Qəbələ şəhər stadionunda, saat 15:00-da start götürəcək.