“Qarabağ”la cavab matçımız ciddi keçəcək” – Eddu Hau
- 00:26
- 33
"Nyukasl"ın "Qarabağ"a qarşı cavab matçı ciddi olacaq.
Rekord.az xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis böyük hesabla qalib gəldikləri qaşrılaşmanı şərh edib:
"Bizim İngiltərə Premyer Liqasında "Mançester Siti"yə qarşı oyunumuz var. "Qarabağ"a qarşı cavab matçımız da ciddi keçəcək. İlk görüşdə üstün olan tərəf biz idik. Buraxdığımız qola görə məyus olduq. İkinci hissədə "Qarabağ" təzyiqi artırdı. Müəyyən qədər bizdə də yorğunluq var idi. Qordonun bir matçda 4 qol vurması bizi sevindirdi".
Eddi Hau püşkdə bəxtlərinin gətirdiyini düşünmədiklərini söyləyib:
"Püşkdə bəxtimizin gətirdiyini düşünmürəm. "Qarabağ" heç də zəif rəqib deyil. Onların əvvəlki qaşrılaşmalarını izləmişdik. Baxmayaraq ki, rahat qələbə qazandıq".
"Qarabağ" - "Nyukasl" matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.