"Qarabağ"ın rəqibindən qələbə
- 20:20
- 30
“Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Vestri" İslandiya 1-ci liqasında (statusuna görə 2-ci liqa) 10-cu tur oyununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda "Aeqir"lə qarşılaşıb. Görüşdə "Vestri" 3:2 hesablı qələbə qazanıb.
Hazırda "Vestri" turnir cədvəlində 16 xalla 4-cüdür.
Qeyd edək ki, "Qarabağ"la sözügedən kollektiv arasında ilk oyun iyulun 9-da Bakıda, cavab matçı isə iyulun 16-da İslandiyada keçiriləcək.