"Qarabağ"ın Avropa Liqasındakı rəqibi İslandiyanın "Vestri" klubu oldu. Deyərdim ki, nəinki bu səbətdə, bu mövsüm avrokuboklara qatılan bütün klublar arasında ən zəif rəqibdi. Çünki hazırda İslandiyada I Divizonda mübarizə aparırlar, özü də orta sıralardadılar. İslandiyada çempionat aprel - oktyabr aralığında keçirilir. Ona görə ötən il yer tutanlar bu mövsüm avrokuboklarda oynayır. "Vestri" də ötən mövsüm ölkə kubokunu qazansa da, çempionatda 11-ci pilləni tutaraq, I Diviziona yuvarlanıb. Amma kubokun qalibi kimi Avropa Liqasında oynayacaq. Heyət təbii ki, zəifləyib, aparıcı futbolçular qışda komandanı tərk edib, yenidən komanda yığıblar. "Qarabağ" istənilən halda bu rəqibi keçməlidir, özü də tək ayaq. Yəni bu komandanı bu gün "Kəpəz" də keçər, "Qəbələ" də, dirəşsə "Karvan" da. "Vestri" İsafjördur şəhərini təmsil edir. Əslində buna şəhər də demək olmaz, 4 minə yaxın əhalisi var. Ev oyunlarını keçirdiyi “Kerecisvöllurinn” stadionu 1964-cü ildə tikilib və tutumu 1600 nəfərdi. Tarixləri ərzində avrokuboklarda debüt edirlər.

Qeyd edək ki, "Qarabağ", ümumiyyətlə, Azərbaycan klubları ilk dəfədir ki, avrokuboklarda hansısa ölkənin I Divizion komandası ilə üz-üzə gələcək.