“Qarabağ”ın potensial rəqibi də bəlli olur
- 13:15
- 28
"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bu gün müəyyənləşəcək.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, artıq Ağdam klubunun rəqiblərinin sayı azılıb.
"Qarabağ" 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını mübarizədən kənarlaşdırsa, 2-ci mərhələdə "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Hammarbü" (İsveç) və ya SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.