Bu gün "Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi məlum olub.


Rekord.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.


"Qarabağ" daha yüksək reytinqə malik komandaların düşdüyü səpələnmişlər səbətində yer alıb. Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibi “Vestri” (İslandiya) olub. Ağdam təmsilçisi ilk oyunu evdə keçirəcək.


1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.