"Qarabağ"ın mövsümün sonunda müqaviləsi başa çatacaq təcrübəli müdafiəçi Bədavi Hüseynovla yeni müqavilə məsələsində şifahi anlaşma əldə etdiyinə dair məlumat vermişdik.

Rekord.az məsələyə rəsmi münasibət öyrənmək üçün Ağdam klubu ilə əlaqə saxlayıb.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məsələyə bu cür münasibət bildirib: "Bədavi və müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçularla bağlı hələlik yekun qərar verilməyib, danışıqlar davam edir. Çünki tək Bədavi deyil, müqaviləsi başa çatan bir neçə futbolçu var ki, komandada saxlamaq istəyirik. Bununla bağlı hər hansı yenilik olarsa, klub tərəfindən rəsmən açıqlama veriləcək".