Növbəti mövsümə hazırlıq çərçivəsində "Qarabağ" və "Zirə" komandaları bu gün yoxlama oyunu keçirib.


Rekord.az xəbər verir ki, matç Ağdam təmsilçisin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.


"Köhlən atlar"ın heyətində Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli, Bakı klubunda George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskərov fərqləniblər.


Xatırladaq ki, "Qarabağ" bu mövsüm Azərbaycanı Avropa Liqasında, "Zirə" isə Konfrasns Liqasında təmsil edəcək.