“Qarabağ” “Qalatasaray”ın hədəfindəki hücumçu ilə maraqlanır
- 14:00
- 34
“Qarabağ” yeni hücumçu transfer edə bilər.
Rekord.az Qazaxıstanın “goal.kz” portalına istinadən xəbər verir ki, Ağdam klubu ilə yanaşı, “Qalatasaray” da “Han-Tenqri”nin hücumçusu Hüseyn Qəmbərovla maraqlanır.
Qazaxların iddiasına görə, tərəflər arasında danışıqlar gedir. Amma futbolçunun hələ yetkinlik yaşına çatmadığı nəzərə alınmaqla, onun hələlik öz ölkəsində oynamağa davam etməsi planlaşdırılır.
Qəmbərov digər yerli klub olan FFK-nın yetirməsidir. O, Almatı liqasının ən yaxşı hücumçusu seçilib.