Futbol üzrə dünya çempionatında Qana və Panama yığmaları arasında keçirilən L qrupunun I turunun matçının ən yaxşı oyunçusu bəlli olub.


Rekord.az xəbər verir ki, afrikalıların heyətində Antuan Semenyo oyunun ən yaxşısı adına layiq görülüb.


Qeyd edək ki, İngiltərənin "Mançester Siti" klubunda çıxış edən futbolçu Qananın Panamaya qalib gəldiyi (1:0) görüşü yüksək səviyyədə keçirib.