Yuri Vernidub növbəti mövsüm üçün "Neftçi"nin heyətində ciddi dəyişikliklər edəcək.


Rekord.az xəbər verir ki, hazırkı heyətdə yer alan bir sıra futbolçularla yollar ayrılacaq.


Bu futbolçular arasında yerlilər də olacaq, legionerlər də. Əsas sual doğuran məsələlərdən biri komandanın kapitanı, 34 yaşlı Emin Mahmudovla bağlıdır. Saytımıza daxil olan məlumata görə, ukraynalı məşqçi Emini komandada saxlayacaq. Ola bilsin daimi əsas heyətdə oynatmadı. Amma təcrübəli futbolçu və kapitan kimi onu yanında saxlayacaq.