PSJ-nin futbolçusu “Sabah”a keçəcək
- 04 Mar 2026 23:00
- 38
PSJ-nin qapıçısı Bilal Laurendon karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Rekord.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
Xəbərdə bildirilib ki, “Sabah” mərakeşli qolkiperin keçidini yekunlaşdırmaq üzrədir. Laurendonun Paris klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. 20 yaşlı qolkiper yayda azad agent statusu ilə Masazır təmsilçisinin sıralarına qoşulacaq.
Bilal Laurendon PSJ akademiyasının yetirməsidir. Klubun U-23 komandasında çıxış edən futbolçu, həmçinin, Mərakeşin U-20 millisinin üzvüdür.