Premyer Liqada fevralın 5 ən yaxşı qolu - VİDEO
- 18:30
- 35
Misli Premyer Liqasında fevral ayının ən yaxşı qolu adına namizədlər açıqlanıb.
Rekord.az xəbər verir ki, namizədlər sırasında 5 qol yer alıb.
"5-liy"ə Allesio Kurçi ("Neftçi"), Davit Volkov ("Zirə"), Nikola Ninkoviç ("Sumqayıt"), Qismət Əlyev ("Zirə") və Aleksandr Ramalinqomun ("Sumqayıt") vurduğu qollar daxil olub.
Maraqlıdır ki, bu qollardan 4-ü bir oyunda "Sumqayıt" - "Zirə" matçında (2:3) vurulub.
Bu qollardan biri xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.
Fevral ayının ən yaxşı 5 qolunun videosunu təqdim edirik: