AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 22-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilib.


“Kəpəz” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 7000 manat cərimə edilib.


“Kəpəz” – “Sumqayıt” oyununun 62-ci dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Sumqayıt” komandası 500 manat cərimə edilib.


“Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.


“Şamaxı” – “Neftçi” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” komandasının məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Neftçi” komandası 5000 manat cərimə edilib.


“Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasının texniki zonasının üst hissəsi, eyni zamanda “Neftçi” komandasının azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər “Neftçi” komandası tərəfindən qarşılanacaq.


“Turan Tovuz” – “İmişli” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.


“Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ” komandası 700 manat cərimə edilib.


“Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 8000 manat cərimə edilib.