Portuqaliya Konqo ilə bacarmadı
- 17 İyn 2026 23:06
- 35
Futbol üzrə dünya çempionatı davam edir.
Relprd.az xəbər verir ki, mundialın növbəti oyununda bu gün Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.
Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib - 1:1.
Avropalıların heyətində Joao Neves 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.
Portuqaliya millisində Kristiano Ronaldo oyunun əvvəlindən sonuna qədər meydanda olub və heç nə ilə yadda qalmayıb.
Bu qrupun digər oyununda, saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.