“Playmakers” layihəsi davam edir
- 20:20
- 30
UEFA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün Bakı şəhər 137 və 260 saylı orta məktəblərdə “Playmakers” layihəsi davam edir.
Rekord.az xəbər verir ki, layihənin təşkilində əsas məqsəd “Disney” cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi, eləcə də, sosial bacarıqların, fundamental fiziki hərəkətlərin, futbolun əsaslarının öyrədilməsi və nağıl əsaslı məşğələlər vasitəsilə erkən yaşdan futbola cəlb etməkdir.
Layihə UEFA-nın təşəbbüsüdür və hədəf futbolu rəqabətdən daha çox əyləncəli, inklüziv və yaradıcı şəkildə təqdim etməklə qızların idmana marağını artırmaqdır.