“Onlar bu məyusluğa layiq deyildilər” - Demçenko
- 08 Mar 2026 21:50
- 50
“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.
Rekord.az xəbər verir ki, o, 0:6 hesablı məğlubiyyəti belə şərh edib:
“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm, çox yaxşı oynadılar. Hər bir komanda onlara verilən imkan sayəsində oynayır. Bizim planımız başqa idi, “Qarabağ”a pressinq edib, onları topsuz saxlamaq idi. Hər hansı bir oyunçu pressinq etməyəndə bu bütün komandaya təsir edir.
Mən öz azarkeşlərimizin qarşısında üzr istəyirəm. Onlar bu məyusluğa layiq deyildilər. Yalnız 11 nəfər yox, bütün komanda oynayır. Bu məğlubiyyətə gəldikdə isə, tək oyunçuların deyil, həm də məşqçilər heyətinin də günahı var. Bu cür məğlubiyyətdən sonra bərpa olmaq çətindir, lakin çalışacağıq ki, növbəti oyunlarda mübarizə aparaq. “Qarabağ” kimi komandalara qarşı oynamağın çətin olduğunu oyunçularımız da başa düşür və onlarda narahatlıq olur.
Biz yenə də komandanı bir yerə yığıb, səhvlərimizi axtaracağıq. Lakin bu cür məğlubiyyətə görə oyunçularımız cərimələnəcək, bu birbaşa klub prezidentinin əmridir.
Bizim filosofiyamız eynidir, bu, istər “Qarabağ olsun, istərsə də, başqa bir komanda. Lakin güclü komandalara qarşı çətinlik çəkirik.
Çox komanda var ki, Bakıda məşq edirlər, Bakıda da oynayırlar. Futbolçular və məşqçilər üçün meydançanın fərqi yoxdur”.