Azərbaycan millisinin futbolçusu Mahir Emreli yollarını ayırdığı Almaniyanın "Nürnberq" klubu ilə bağlı fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə "Bild" nəşrinə açıqlama verib.


Forvard 2-ci Bundesliqanın 34-cü turunda "Ayntaxt" (Braunşveyq) komandasına qarşı görüşdən sonra danışıb.


Qarşılaşmada het-trik edən oyunçu bunları deyib:


"Nürnberq" karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam".


Emreli gələcək planları barədə də danışıb:


"Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".