Norveç, Argentina və Avstriyadan uğurlu start
- 11:30
- 32
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub və favoritlər asan qələbə qazanıb.
Əvvəlcə İ qrupunda Norveç İraqı sınağa çəkib. J qrupunda son dünya çempionu Argentina yığması mübarizəyə başlayıb. Komanda Əlcəzairlə qarşılaşıb və 3 cavabsız qolla qalib gəlib. Hər 3 qolu Lionel Messi vurub. Eyni qrupda Avstriya İordaniya ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.
I qrupu
İraq – Norveç 1:4
Qollar: Erlinq Haaland, 29 (0:1), Aymen Hüssein, 39 (1:1), Erlinq Haaland, 43 (1:2), Leo Ostiqard, 76 (1:3), Aymen Hüssein, 90+6-avtoqol (1:4) .
J qrupu
Argentina – Əlcəzair 3:0
Qollar: Lionel Messi, 17; 60; 76.
Avstriya – İordaniya – 3:1
Qollar: Romano Şmid, 21 (1:0), Ali Olvan, 50 (1:1), Yazan Al Arab, 76-avtoqol (2:1), Marko Arnautoviç, 90+12-pen (3:1).