Niderland İsveçə böyük hesabla qalib gəldi
- 20 İyn 2026 23:00
- 32
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, mundialın növbəti oyununda Niderland və İsveç yığmaları qarşılaşıblar.
Hyuston stadionunda keçirilən F qrupunun II turunun matçında Niderland millisi böyük hesabla qələbə qazanıb - 5:1.
Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.
Beləliklə Niderland 4 xalla ilk pilləyə yüksəlib.