“Neftçi” “Turan Tovuz”a məğlub oldu
- 22:30
- 34
Misli Premyer Liqasında 23-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Zirə” evdə “Kəpəz”lə qarşılaşıb. Oyunun baş hakimi Kamal Umudlu olub. Dörd qolluq görüşdə qalib müəyyənləşməyib.
“Neftçi” isə “Turan Tovuz”u qəbul edib. Görüşü Əliyar Ağayev idarə edib. Tovuz təmsilçisi səfərdə qələbə qazanıb.
Tura sabah keçiriləcək “Sabah” – “Qəbələ” oyunu ilə yekun vurulacaq. Daha öncə keçirilən “Karvan” – “Sumqayıt” (1:1) və “Şamaxı” – “İmişli” (0:0) oyunlarında qalib müəyyənləşməyib, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib – 6:0.
Misli Premyer Liqası
23-cü tur
9 mart
“Zirə” – “Kəpəz” 2:2
Qollar: Eren Aydın, 5. Ruan Renato, 90+7 – Rauf Hüseynli, 32. Dioqo Verdaska, 51.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.
Zirə İdman Kompleksinin stadionu, 18:30.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 4. Ruan Renato, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 5. Ange Mutsinzi, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 6. Camal Cəfərov, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 33. Yusif İmanov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 11. Rəhman Hacıyev, 57. Amur Yusifov.
Baş məşqçi: Azər Bağırov.
“Neftçi” – “Turan Tovuz” 0:1
Qol: Joarlem Santos, 56.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
“Palms Sports Arena”, 20:30.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.