“Neftçi” Elvin Camalovla müqaviləni yeniləyib.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Dayaq yarımmüdafiəçisi ilə yeni 1+1 illik müqavilə imzalanıb.


2025-ci ilin yanvarında transfer olunmuş Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.


Xatırladaq ki, "Neftçi" daha öncə Rüfət Abbasovu və Qustavo Klisman Dimaraeş Mirandanı heyətinə qatıb.