Son turda "Qarabağ"ın növbəti dəfə xal itirməsi və "Neftçi"nin növbəti qələbəsi bu iki komanda arasında xal fərqinin 3-ə yüksəlməsinə səbəb oldu.

Rekord.az xəbər verir ki, hazırda "ağ qaralar" zirvənin vahid hakimidir.

Komandanın uğurlu çıxışı rəhbərliyi də vacib addımlar atmağa vadar edib. Əldə etdiyimiz məlumata görə, rəhbərlik qələbələr üçün mükafatların məbləğini də 10 faiz artırıb. Onlar bununla futbolçuların oyunlara daha morivasiyalı çıxmasını təmin etmək niyyətindədir.