"Neftçi" Emin Mahmudovla razılığa gəldi
- 15:00
- 42
Emin Mahmudov böyük ehtimalla növbəti mövsümdə də "Neftçi"nin şərəfini qoruyacaq.
Rekord.az-a daxil olan məlumata görə, müqaviləsi başa çatan veteran futbolçu klubla razılığa gələ bilib.
Düzdür, Mahmudov 2 illik müqavilə istəyirdi. "Neftçi" isə ona 1+1 formatında müqavilə təklif edib. Hər şey futbolçunun özünü necə formada saxlamasından asılı olacaq. Əgər Emin formasını saxlaya bilsə, növbəti ildə də Vernidubun tələblərinə cavab versə, daha bir "Neftçi"də qalacaq. Əks halda yollar ayrılacaq.