Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 9-da keçiriləcək Moldova - Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, Polşadan olan referilərin idarə edəcəyi görüşün UEFA nümayəndəsi serb Zoran Dimiç olacaq.

Qeyd edək ki, Çoresku İdman zalında keçiriləcək oyuna saat 20:30-da start veriləcək.

AÇ-nin seçmə mərhələsi
9 mart

Moldova - Azərbaycan
Hakimlər: Damian Qrabovski (Polşa), Dominik Çipinski (Polşa), Viktor Bugenko (Moldova)