
“Mingəçevir”dən inamlı qələbə
- 16 May 2025 20:30
- 37
1-ci Liqada 26-cı tura yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.
“İmişli” – “Baku Sporting”, “Difai” – “Cəbrayıl” və “Karvan” – “Qaradağ Lökbatan” matçlarında qalib müəyyənləşməyib. MOİK isə “Mingəçevir”ə uduzub.
Daha öncə “Qəbələ” evdə “Zaqatala”ya 4 cavabsız qolla qalib gəlmişdi.
1-ci Liqa
26-cı tur
16 may
“İmişli” – “Baku Sporting” 0:0
“Difai” – “Cəbrayıl” 1:1
Qollar: Fərid Kərimzadə, 59 - Seymur Əliyev, 80-öz qapısına.
MOİK – “Mingəçevir” 1:3
Qollar: İbrahim Əliyev, 65-pen - Nahid Əliyev, 15. Aqil Nəsibov, 33. Abba Usman, 82.
“Karvan” – “Qaradağ Lökbatan” 2:2
Qollar: Ezekiel Morqan, 50. Emil Qasımov, 74 – Tunar Mütəllimov, 10. Təmraz Əmircanov, 45-pen.