DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib.


Rekord.az xəbər verir ki, D qrupunun ilk turu çərçivəsində baş tutacaq görüş Reykyavikdə keçiriləcək.


Oyun sentyabrın 5-də "Lauqardalsvollur" stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.


Xatırladaq ki, millimiz İslandiya ilə yanaşı Fransa və Ukrayna yığmaları ilə də yarışacaq.