Millimiz səfərdə Lüksemburq yığmasına qalib gəldi
- 02 İyl 2026 23:06
- 35
Basketbol üzrə kişilərdən ibarət milli komandamız, 2029-cu ildə baş tutacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyununda səfərdə Lüksemburq yığmasına 76:74 hesabı ilə qalib gəlib.
Rekord.az xəbər verir ki, oyunun ən məhsuldar basketbolçusu 19 xalla millimizin üzvü Kamran Məmmədov seçilib.
Bu qələbə millimizin qrupda ikinci qələbəsi olub. Millimiz qrupda sonuncu oyununu 5 iyul saat 17:00-da Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək.