Messidən növbəti nailiyyət
- 20:00
- 31
“İnter Mayami”nin hücumçusu Lionel Messi son bir ildə milli çempionat matçlarında ən çox məhsuldar hərəkətlərlə yadda qalan oyunçu olub.
Rekord.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son 365 gündə 67 liqada ən çox qol vuran və məhsuldar ötürmə edən oyunçuların reytinq siyahısını dərc edib. Son 365 gün ərzində yalnız daxili liqa oyunlarında vurulan qol və məhsuldar ötürmələr nəzərə alınıb. Messi 59 məhsuldar göstərici ilə (37 qol və 22 məhsuldar ötürmə) liderdir. Onun ən yaxın izləyicisi olan “Bayern”in hücumçusu Harri Keyndən (42 xal, 35 qol, 7 məhsuldar ötürmə) fərqi 17 məhsuldar hərəkətdir.
Argentinalı futbolçu həmçinin, liqa səviyyəli indeksə də liderlik edir (məsələn, Premyer Liqaya 1.0 əmsal, La Liqaya 0.968 əmsal və s. təyin olunub). Bu indeksə görə, Messi 66.3 xal toplayıb.
İlk 100-lükdəki ən gənc futbolçu “Barselona”nın 18 yaşlı oyunçusu Lamin Yamaldır (18 qol, 11 məhsuldar ötürmə). Ən yaşlı isə “Əl-Nəsr”in 41 yaşlı hücumçusu Kriştiano Ronaldodur (29 qol, 2 məhsuldar ötürmə).