Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirilən oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Klozeyə çatıb.


Rekord.az xəbər verir ki, Messi görüşün 17-ci, 60-cı və 76-cı dəqiqələrində fərqlənib.


Bununla da argentinalı ulduzun mundiallarda vurduğu qolların sayı 16-ya yüksəlib.


Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Futbolçu 8 dəfə "Qızıl top" mükafatına layiq görülərək bu göstəricidə də rekord sahibidir.