“Məğlubiyyətə layiq deyildik” - Vernidub
- 09 Mar 2026 23:06
- 38
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Turan-Tovuz”a qarşı keçirdikləri oyundan danışıb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Nə vaxtsa bir gün məğlubiyyət olmalı idi. Oyuna baxdıqda, bu məğlubiyyətə layiq deyildik. Hər iki komanda yaxşı oynadı. Onlar bir neçə şansı dəyərləndirə bildilər, biz dəyərləndirə bilmədik.
Bütün oyun intensiv olsa da, ikinci hissə bizim üçün daha pis oldu. Bu mərhələni də keçməliyik və yolumuza davam etməliyik. “Turan Tovuz” sadə komanda deyil, buna görə 3-cü yerdədirlər. Lakin biz də onlardan geri qalmırıq. Təəssüf ki, bir qol buraxdıq və bu da oyunun taleyini həll etdi.
Mən ilk bura gələndən bəri heyət necə idisə, elə də qalıb. Bu heyətlə də davam edəcəyik. Bizdə 23 oyunçu var və hər biri oynamalıdır. Onlar oturmağa gəlməyiblər. Mən heç vaxt yaxşı məşqçi olduğumu demirəm. Onlar yaxşı oyunçudurlar, daha da işləyib, irəli getsinlər.
Mənə qədər burda məşqçi olub. Mən o məşqçi haqda pis şey deyə bilmərəm, o, mənim həmkarımdır. Burada bir komanda yığılıb və mən onlarla işləməyə gəlmişəm. “Kimsə günahkardır” deyə bilmərəm və heç vaxt deməyəcəyəm. Buna görə də hər zaman çalışdığım komandalarda nəticə olub”.