"Milan"ın futbolçusu Zlatan İbrahimoviç  Avropa Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə hər iki oyunu buraxacaq.

Rekord.az goal.com-a istinadən xəbər verir ki, buna səbəb isveçli hücumçunun İtaliya çempionatının 24-cü turunda “Roma” ilə matçda (2:1) zədələnməsidir. 39 yaşlı oyunçu görüşün 56-cı dəqiqəsində əvəzlənib. Onun əzələ zədəsinin olduğu bildirilib.

Qeyd edək ki, "Milan"ın "Mançester Yunayted"lə ilk oyunu 11 martda, cavab qarşılaşması isə 18 martda keçiriləcək.