
Mahir Emreli həftənin rəmzi komandasına düşdü
- 14:40
- 51
"Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 2-ci Bundesliqada 34-cü turun rəmzi komandasına düşüb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçu 3-4-3 sxeminə əsasən tərtib olunan "11-lik"də hücumun mərkəzində yer alıb.
O, Ayntraxt" (Braunşveyq) komandasına 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.
Mövsümün əvvəlində Almaniya təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.