“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold martın 16-da “Nyukasl”a qarşı İngiltərə Liqa kubokunun final oyununu buraxacaq.


Rekord.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.


İngiltərəli futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə keçirilən cavab matçında topuq nahiyəsindən zədə alıb. Onun zədəsi elə də ciddi deyil və bu mövsüm yenidən meydana çıxa biləcəyinə ümid var.


26 yaşlı oyunçunu “Nyukasl”la qarşıdakı matçda “Liverpul”un digər müdafiəçisi Jarrell Qunşah əvəz edəcək.


Arnoldun “Liverpul”la müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatacaq.