Azərbaycanın "Landau Lions" basketbol komandasının FIBA Çempionlar Liqasındakı rəqibi bəlli olub.


Rekord.az xəbər verir ki, bu, turnirin püşkatma mərasimində müəyyənləşib.


Komanda II təsnifat mərhələsinin 1/8 finalında Latviyanın "VEF Riqa" kollektivi ilə üz-üzə gələcək.


Oyunlar sentyabrın 14-20-si aralığında keçiriləcək.