La Liqa klubunda yeni müdafiəçi
- 16:15
- 34
“Valensiya” sağ cinah müdafiəçisi Rentso Saraviyanı heyətinə qatıb.
Rekord.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
32 yaşlı argentinalı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, komandada ağır zədə alan Dimitri Fulkyeni əvəzləyib.
Karyerası ərzində "Atletiko Mineyro", "Botafoqo", "Internasyonal", "Rasinq", "Belqrano" və "Portu" kimi klublarda çıxış edən Rentso Saraviya Argentina millisinin də formasını geyinib.