"Araz Naxçıvan"In moldovalı qapıçısı Kristian Avram Rekord.az-a müsahibə verib: 



- Avrokuboklara vəsiqə və bürünc medal münasibəti ilə təbrik edirik, təəssüratlarını öyrənərdik.

- Təbrik üçün çox sağ olun. Çox şadam ki, bürünc medal qazandıq və avrokuboklarad iştirak edəcəyik. Mövsüm boyu inandıq, bunun üçün mübarizə apardıq. Qarşımıza qoyulan hədəfin nə olduğunu bilirdik. Rəhbərlik tərəfindən də daim dəstək gördük, məşqçilər korpusu, tibbi ştab, bu uğuruda iştirak edən hər kəsi təbrik edirəm. Bizi qarşıda daha bir oyun gözləyir, həmin oyuna hazırlaşacayıq və çalışacayıq ki, mövsümü qələbə ilə başa vuraq. Ümumilikdə mövsümü komandamız üçün müsbət dəyərləndirərdim.

- Komanda tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. "Araz Naxçıvan"dan bə gözləmək olar, komanda nə etməlidir ki, uğurlu çıxış etsin?

- Komanda olaraq, ilk dəfə çıxış edəcəyik. Amma ayrı-ayrılıqda futbolçular var hansı ki, avrokuboklarda oynayıblar. Yaxşı motivasiya, yaxşı hazırlıq, bunda da öncə, çempionatdan sonra yaxşı dincəlmək lazımdır ki, yeni enerji ilə avrokuboklara hazırlaşaq. 

- Sənin özünlə bağlı vəziyyət necədir, müqavilən bitir deyəsən. Komandada qalırsan, ya necə?

- Məncə, bu suala klub rəhbərliyi daha yaxşı cavab verə bilər.

- Həmçinin Moldova millisinə də dəvət almışdın. Hazırda milli ilə bağlı vəziyyət nə yerdədir?

- Millidə yaxşı ab-hava hökm sürür.  Yaxşı məşqçiləer korpusumuz var, heç kimi əlini yanına sallayıb dayanayıb, hamısı işləyir, çalışır. İnanıram  ki, millidə yaxşı nəticələrə imza atacayıq.

- Azərbaycan çempionatının səviyyəsi səni qane edir?

- Bəli, səviyyə yaxşıdır, rəqabət var. Bu isə biz futbolçular üçün çox yaxşıdır ki, daha da inkişaf edək. Asan çempionat deyil, heç bir oyunda əvvəldən deyə bilmərsən ki, qalib gələcəksən. Qələbə üçün çıxıb mübarizə aparmalısan. Biz "Araz Naxçıvan" komandfası olaraq, bütün oyunlara bu cür yanaşırdıq. 

- Növbəti mövsüm komanda sayı və rəqabət artacaq və hər şey daha çətin olacaq...

- Komanda sayının çox olması yaxşı haldır. Komandaların, ümumiyyətlə, ölkə futbolunun inkişafı üçün.


Anar XANLAROV