Kipr klubu “Neftçi”nin futbolçusunu istəyir
- 20:30
- 37
“Neftçi”nin futbolçusu Murad Məmmədov karyerasını Kiprdə davam etdirə bilər.
Rekord.az xəbər verir ki, “Aris” klubu 19 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə “sport-fm.com.cy” saytı məlumat yayıb.
Məmmədovun “Neftçi” ilə müqaviləsinin müddəti 30 iyunda başa çatacaq. Bu məqam onu Limassol klubu üçün xüsusilə cəlbedici variant edir.
Xəbərdə qeyd olunub ki, “Aris” bir neçə aydır ki, futbolçunun durumunu yaxından izləyir.
Murad Məmmədov “Neftçi”nin yetirməsidir. Azərbaycanın U-21 millisinin üzvü olan futbolçu bu mövsüm “ağ-qaralar”ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.