Keyn Linekerin tarixi rekordunu təkrarladı
- 19:30
- 34
İngiltərə millisinin kapitanı Harri Keyn dünya çempionatları tarixində ölkəsinin rekordunu təkrarlayıb.
Rekord.az xəbər verir ki, 32 yaşlı forvard DÇ-2026-nın qrup mərhələsində Xorvatiya ilə oyunda (4:2) dubla imza atıb. Bununla da Keyn dünya çempionatlarında vurduğu qolların sayını 10-a çatdıraraq əfsanəvi Qari Linekerin rekorduna şərik olub.
Qeyd edək ki, Lineker mundiallarda 10 qolu ilə uzun illər İngiltərə rekordunu əlində saxlayırdı. Keyn isə növbəti qolunu vuracağı təqdirdə bu göstəricidə təkbaşına lider olacaq.
Xatırladaq ki, Keyn hazırda İngiltərə millisinin tarixində ən çox qol vuran (81) futbolçudur.