"Kəpəz"in oyununa niyə az azarkeş gəldi?
- 13:00
- 51
"Kəpəz" nəhayət ki, uzun fasilədən sonra doğma Gəncəyə qayıtdı.
Rekord.az xəbər verir ki, komanda yeni istifadəyə verilmiş Gəncə şəhər stadionunda "Karvan"ı qəbul etdi.
Yoxlama xarakterli matça azarkeş marağının azlığı diqqət çəkd. Çünki Gəncə futbol şəhəridir, gəncəlilər də yeni stadionda oyunu səbirsizliklə gözləyirdilər. Əldə etdiyimiz məlumata görə, oyuna giriş də pulsuz olub. Bəli, oyun yoxlama xarakterli olub, rəqib I Liqa təmsilçisi "Karvan" idi. Amma hər nə olur olsun, uzun fasilədən sonra doğma, yeni arenaya dönən "Kəpəz"in oyunuan 400-500 azarkeşin gəlməsi təəssüf doğurur.