“Kəpəz”in məşqçisi, “Şamaxı”nın futbolçusu cəzalandı
- 06 Mar 2026 17:40
- 56
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının 18-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi-2” – “Zirə-2” oyununda “Neftçi-2” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Qəbələ-2” oyununun 60-cı dəqiqəsində “Kəpəz-2” komandasının məşqçisi Sərxan İsmayılov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Kəpəz-2” komandası 200 manat cərimə edilib.
“Kəpəz-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilib.
“Qarabağ-2” – “Şamaxı-2” oyununda “Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilib.
“Qarabağ-2” – “Şamaxı-2” oyununun 52-ci dəqiqəsində “Şamaxı-2” komandasının 90 nömrəli futbolçusu Davud Mənsumov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Şamaxı-2” komandası 50 manat cərimə edilib.